Ukraynalılar koronavirusla əlaqədar təxliyə edilməyi rədd etdi

Ukraynalılar koronavirusla əlaqədar təxliyə edilməyi rədd etdi
17:02 25 Fevral 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

İyirmi gündür karantində qalan “Diamond Princess” kruiz gəmisindəki ukraynalılar təxliyə edilmək qərarını qəbul etməyib.
“Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi verib.
Məlumata görə, göyərtədə olan 25 ukraynalıdan 24-ü təxliyə olunmasını istəməyib. Rəsmi nümayəndənin açıqlamasına görə, onlar bu qərarı öz istəkləri ilə veriblər.
Xatırladaq ki, fevralın 20-si 80 Ukrayna vətəndaşı Çinin Uhan şəhərindən təxliyə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukraynalilar-koronavirusla-elaqedar-texliye-edilmeyi-redd-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR