MSK 9 məntəqənin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd İbrahimov Əflan Həsən oğlunun müraciətinə baxılıb.

Metbuat.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 9 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR