Tolik efirə MASKADA ÇIXDI: Koronovirusdan ölsəm də, bu maskanı ... - FOTO

Tolik efirə MASKADA ÇIXDI: Koronovirusdan ölsəm də, bu maskanı ... - FOTO
17:32 25 Fevral 2020
420 Şou
Ölkə mətbuatı
A- A+

Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda "Koronovirus"la əlaqədar apteklərdə satılan tibbi maskaların qiymətinin süni artımına etiraz edib.

Milli.Az xəbər verir ki, aparıcı efirə ağzı maskada çıxıb.

Tolik işbazları süni qiymət artımına görə efirdən tənqid atəşinə tutub:

"Mən nə xəstəlikdən qorxuram, nə də buradakılara hörmətsizlik etmirəm. Mən bunu bir etiraz olaraq taxmaq istədim. Mən Nərimanov rayonu ərazisində yaşayıram və bu gün səhər girdim apteklərin birinə maskanın qiymətini soruşdum. Normalda bu maskanın qiyməti 10-15 qəpikdir. Bu gün bu maskanın qiyməti 50 qəpiyə qalxıb. Hətta "Tarqovu"nun ("Fəvvarələr bağı") mərkəzində turistlərə 1-2 manata satılır. Soruşdum ki, "Spirt var?". Dedi bir günün içində 600 şüşə spirt satılıb. Bunun (Əlindəki maskanı işarə edir - red) qiymətini niyə qaldırmısınız? Bu dünən, sırağagün Bakıya gəlməyib. Bu 1 ay bundan qabaq gömrüyü keçib, rüsumu ödənilib. Dünən gəlməyib ki, deyəsən xaricdə qalxıb, indi qaldırmısınız. İnsanların hər bir durumundan istifadə edib pul qazanırsınız. Bunun qiymətini 50 qəpiyə qaldırmağa nə ixtiyarınız var sizin? 10 qəpiklik şeyi 40 qəpikdən, bir evdə 5 adam varsa və maska 2 saatdan bir dəyişilməlidirsə, gərək bir adam gündə ən azı 10 manat maskaya versin ki, övladı məktəbə gedir, avtobusa minir. Bundan da pul qazanırsınız? Aptekdə oğlan dedi ki, bir nəfər 1 ay bundan qabaq gəldi bundan 1 milyon dənə istədi. Ay qanmaz, sən bundan 1 milyon dənə ala bilərsən e, siz Azərbaycandan bunu necə çıxardıb aparıb Türkyədə baha satacaqsınız? Hər bir şeydən istifadə edib, pul qazanıb, kasıbların vayına oturmaq nədir axı belə? Vallah, Allah mənə o koronovirusu nəsib edəcəksə, öləcəmsə, qoy ölüm. Amma mən bunu taxmayacam" . 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/828667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR