Mehman Hüseynov şikayət etdi -

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 31 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Hüseynov Mehman Rafiq oğlunun müraciətinə baxılıb.

Metbuat.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 13 və 26-cı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin olunmalıdır".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR