Belə qırmızı vərəqə görülməyib - VİDEO

Belə qırmızı vərəqə görülməyib - VİDEO
19:57 25 Fevral 2020
214 İdman
Ölkə mətbuatı
A- A+

Şimali Makedoniya Yüksək Liqasının 20-ci turunda keçirilmiş "Makedoniya" - "Pandev Akademiyası" matçında maraqlı hadisə baş verib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, qonaqların müdafiəçisi Stefan Kostov 66-cı dəqiqədə qırmızı vərəqə alıb. 23 yaşlı futbolçu aut atmağa yollanarkən komanda yoldaşının topu oyuna daxil etdiyini görüb. Bu anda rəqib hücumçu topa yiyələnib.

Kəskin hücumun qarşısını almaq istəyən Kostov əlindəki topla hücumçunun arxasında qaçıb və meydanda olan topa vurub. Bu səbəbdən də hakim makedoniyalı futbolçu qırmızı vərəqə alıb.

90+6-cı dəqiqədə qol buraxan "Pandev Akademiyası" matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/828793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR