TikTok valideynlərə nəzarət imkanı verəcək

TikTok valideynlərə nəzarət imkanı verəcək
21:05 25 Fevral 2020
Ölkə mətbuatı
A- A+

TikTok valideynlərə yeni funksiyası olan "ailə təhlükəsizliyi rejimi" ilə uşaqların telefondakı TikTok tətbiqinə nəzarət etmək imkanı verəcəyini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, TikTok yükləyən valideynlər tətbiqlərini uşaqlarınınkı ilə qarşılaşdıraraq bəzi xüsusiyyətlərə nəzarət edə biləcəklər.

Bu xüsusiyyətlərin arasında "məhdudlaşdırılmış rejim" ilə mesajlaşmanın tamamilə bağlanması da var.

Valideynlər tətbiqi uşaqların telefonundakı TikTok-la eyniləşdirməli və "rəqəmsal təhlükəsizlik" menyusuna girməlidirlər.

Bu prosesin ardınca telefonun ekranda göstərilən QR kodunu digər telefona skan etmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR