China Mobile 5G bazarını sürətlə ələ keçirir

China Mobile 5G bazarını sürətlə ələ keçirir
23:42 25 Fevral 2020
Ölkə mətbuatı
A- A+

China Mobile abonentlərinin sayı bütün Cənubi Koreya operatorlarının sayından çoxdur.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda China Mobile şirkəti məlumat yayıb.

Məlumata görə, sözügedən operator tərəfindən 74 min 5G baza stansiyası quraşdırıb. Bununla da, 5G abonentlərin sayı 6,7 milyonu ötüb. Cənubi Koreyada isə hazırda təxminən 4 milyon 5G abonenti var.

Bununla da, China Mobile dünyada ən nəhəng 5G bazasına malik mobil operator şirkətinə çevrildi. İlk dəfə olaraq, Cənubi Koreya 5G kommersiya layihəsini tətbiq etsə də, mütəxəssislər bu sahədə Çinin lider olacağını öncədən proqnoz etmişdilər.

Qeyd edək ki, Çində 5G-nin tətbiqinə ötən ilin noyabr ayından başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR