Google Anroid 11-i təqdim etdi: Hansı yenilik var?

Google Anroid 11-i təqdim etdi: Hansı yenilik var?
23:57 25 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Google şirkəti Android 11 Developer Preview-in ilkin versiyasını təqdim edib. Android 11 Developer Preview istifadəçilərin qarşısına bir çox yeni funksiyalarla çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Android 11 DP1 ilk növbədə proqramçılar üçün nəzərdə tutulub.

Proqramçılar Android 11 DP1 vasitəsilə tətbiqi yeniləyə biləcəklər. Ona görə də, tətbiqin son versiyasında bəzi funksiyalar ilkin versiyada olmaya bilər. Həmçinin ilkin versiya qeyri-sabit işləyəcək. Hələki sistem Pixel 4 və  Pixel 4 XL smartfonları üçün əlçatandır.

Təxminən ayda bir dəfə Android 11 üçün yeni funksiya və bug-ı olan yenilənmə təqdim ediləcək. Bu ilin may ayında Google I/O 2020 proqramçıları üçün konfransda sistem haqqında daha ətraflı məlumat veriləcək və onun yeni imkanlarından danışılacaq. Konfransdan sonra isə yenilənmənin beta versiyası yaranacaq. Sistemin final versiyası ilin üçüncü rübündə təqdim olunacaq.

Android 11-də nə dəyişdi

Android Central-ın məlumtaına görə, Android 11-ə qədər olan yenilənmə hələki 10 illik sistemin fonunda zəif görünür. Yenilənmədə sadəcə kosmetik dəyişikliyi və bir neçə yeni funksiyanı görmək mümkün olur. Lakin sistemdə kardinal dəyişiklik yoxdur. Ola bilər ki, gələcəkdə yenilənmə sferasında  dəyişikliklər daha çox olacaq.

Məsələn, messencer üçün bir neçə yeni imkanlar yaranıb. Ayrıca çatı xüsusi düymə ilə ekranın üst hissəsinə gətirmək olur. Ona toxunduqda yazışmalar pəncərəsi görünəcək. Proqramçılar bu funksiyanı istənilən mesaj tətbiqlərində istifadə edə bilərlər. Eyni zamanda, müxtəlif messencer mesajları qarışmasın deyə ayrıca qovluqda yerləşdirilə biləcək. Digər bir yenilik isə smartfon funksiyalı tətbiqlərə birdəfəlik girişdir. Bu üsulla da gələcəkdə nəsə sifariş etdikdə, tətbiqə yerləşdiyin ünvanı birdəfəlik qeyd etmək mümkündür. Gələcəkdə isə proqram ərazi haqqında məlumat istəyib enerji tükətməyəcək.

Android 11 müxtəlif ekran genişlənməsini dəstəkləyə də bilir. Bu ekran genişlənməsinə mümükün kəsiklər və qeyri-standart ekranlar da daxil ola bilər. Sistem tam şəkildə 5G modemi ilə işləməyə də hazırdır. Kiçik dəyişikliklərdən biri də işləyən kamera ilə vibrasiyanın söndürülməsidir. Bu, əslində bir neçə ilə əvvəl gözlənilən yeniliklərdən biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR