Göyçayda güclü külək yanğınlara səbəb oldu

Göyçayda güclü külək yanğınlara səbəb oldu
03:12 26 Fevral 2020
137 Digər
Ölkə mətbuatı
A- A+

Güclü külək Göyçayda bir sıra fəsadlar törədib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb.
Günorta saatlarından əsməyə başlayan külək sonradan güclənib. Qısa vaxt ərzində bir neçə kənddə yanğın baş verib. Yanğınların söndürülməsi üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın hadisələrinin baş verdiyi yerlərə həmçinin FHN-in İsmayıllı Dövlət yanğından mühafizə hissəsinin də texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınlar rayonun Ləkçıplaq, Yalman, Şəhadət, Qarayazı və Cəyirli kəndlərində baş verib. Nəticədə hektarlarla otlaq, kolluq və 3 ədəd tövlə yanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goycayda-guclu-kulek-yanginlara-sebeb-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR