Məşhur müğənnini diri-diri yandırmaq istədilər

Məşhur müğənnini diri-diri yandırmaq istədilər
03:32 26 Fevral 2020
153 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çilinin Vina Del Mar şəhərində keçirilən musiqi festivalına etiraz edən nümayişçilər məşhur müğənni Riki Martinin qaldığı hoteli yandırmağa çalışıb.

Milli.Az xəbər verir ki, hotelin qarşısında polislə ciddi toqquşma baş verib. Küçəyə çıxan etirazçılar Riki Martin də daxil olmaqla sənətçilərin avtomobillərini, o cümlədən festivalın keçiriləcəyi ərazidəki nəqliyyat vasitələrini yandırıb.

Hökumətin sosial siyasətinə qarşı etiraz bütün gecə davam edib. Bazar günü festival başlayandan bəri, saat 17.00-da polislə etirazçılar arasında qarşıdurmalar yaşanıb və son saatlarda etirazların şiddəti artıb. Nümayişçilər sənətçilərin, xüsusən Riki Martinin qatıldığı hoteli yandırmağa çalışıb.

Festivalın ilk günündə çıxış edən Riki Martin xalqa dəstək nümayiş etdirib. Müğənni "Hər zaman sülh içində olun, amma əsla susmadan, haqqınızı tələb edin" deyə bildirib. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR