Xocalı şəhidləri Yalova Universitetində anıldı

Xocalı şəhidləri Yalova Universitetində anıldı
05:52 26 Fevral 2020
144 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Yalova şəhərində təhsil alan azərbaycanlı tələbələr Yalova Universitetində Xocalı faciəsi şəhidlərini anıblar.
“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Yalova valisi Muammer Erol, Yalova Bələdiyyə başçısı Vəfa Salman, univeristetin rektoru Suat Cəbəci, müəllim və tələbələr, Çiftlikköy vilayətinin bələdiyyə başçısı Ali Murat, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbirdə ilk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Xocalı faciəsinin görüntülərinin əks olunduğu film nümayiş etdirilib. Araşdırmacı, yazıcı Turşat Ata Türkmən və yazıcı Emrə Ataş Xocalı faicəsinin baş verdiyi günü tarixi faktlarla təqdim edib.


Tədbirdə Xocalı facəsindən bəhs edən şeirlər səsləndirilib. Faicəni əks etdirən fotoların nümayiş olunduğu sərgi açılıb.
Vüsalə Abbasova

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/xocali-sehidleri-yalova-universitetinde-anildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR