Politoloq: "Yeni imzalanan sənədlər Türkiyə ilə əməkdaşlığımızın dərinləşməsinə mühüm töhfələr verəcək"

Politoloq: "Yeni imzalanan sənədlər Türkiyə ilə əməkdaşlığımızın dərinləşməsinə mühüm töhfələr verəcək"
09:12 26 Fevral 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

TürkiyəAzərbaycan bu gün regionda təhlükəsizlik və inkişafın əsas təminatçıları kimi çıxış edirlər.

Milli.Az bildirir ki, bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, getdikcə daha da möhkəmlənən strateji müttəfiqlik münasibətlərimiz bütövlükdə regionun geosiyasi mənzərəsini müəyyənləşdirir: "Qardaş ölkə Pezidentinin Azərbaycana son səfəri bu tezislərin bir daha təsdiqi ilə yadda qaldı. Dövlət başçılarının birgə bəyanatında əksini tapan müddəalar strateji müttəfiqliyimizin xarakterini ortaya qoydu. Tərəflər bütün parametrlər, o cümlədən hərbi-müdafiə, iqtisadi, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və s. istiqamətlər üzrə əməkdaşlığı dərinləşdirməklə bağlı razılıqlarını ifadə etdilər. Dövlət başçımızın da qeyd etdiyi kimi, dünya miqyasında bir-biri ilə ən yaxın münasibətlərə sahib olan Azərbaycan və Türkiyə bu gün gələcək iş birliyinin təməllərini razılaşdırdılar".

E.Mirbəşir oğlu qeyd edib ki, təkcə ötən il ərzində iki ölkə arasında ümumi ticarət dövriyyəsi 33 faiz artıb. Onun qənaətincə, bu gün imzalanan sənədlər sözsüz ki, artım dinamikasına əlavə təkan verəcək: "Cari ilin sonunda dünya miqyasında ən mühüm geoiqtisadi hadisələrdən biri baş verəcək. Söhbət "Cənub Qaz Dəhlizi" layihəsinin istismara verilməsindən gedir. Bu layihənin əhəmiyyəti ona görə yüksəkdir ki, o, təkcə iki ölkənin yox, bütövlükdə regionun iqtisadi inkişafına mühüm töhfələr verəcək. Bu layihə regionun geosiyasi çəkisini artıracaq.

Əlbəttə ki, qardaşlıq münasibətlərimizi xarakterizə edən ən önəmli göstəricilərdən biri də tərəflərin bir-birinə verdiyi siyasi dəstəkdir".

Politoloq əlavə edib ki, Türkiyə dövləti bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirir və Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasına şərait yaradır. Azərbaycan da öz növbəsində qardaş Türkiyə dövlətinin apardığı haqq mübarizəsinə hər zaman siyasi-mənəvi dəstək nümayiş etdirir. Bu amillər Prezidentlərin mətbuata bəyanatlarında bir daha öz əksini tapdı.

Tərəflərin hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməklə bağlı razılığa gəldiyini də nəzərə çatdıran E.Mirbəşir oğlu bildirib ki, birgə silah istehsalının təşkili barədə olduqca önəmli danışıqlar aparıldı: "Nəzərə alaq ki, müharibə şəraitində yaşadığımız üçün silah arsenalımızın daim təkmilləşdirilməsi və müasirləşdirilməsi çox böyük əhəmiyyət kəsb edir. Bu gün imzalanan sənədlər strateji müttəfiqlik münasibətlərimizin ruhuna uyğun olaraq bütün sahələr üzrə əməkdaşlığımızın dərinləşməsinə mühüm töhfələr verəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/829000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR