Gürcüstanda Azərbaycan vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Gürcüstanda Azərbaycan vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
10:17 26 Fevral 2020
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının izolyasiya edilmiş palatalarında koronavirusun mümkün simptomları ilə 10 nəfər nəzarətdə saxlanılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziya kanalına xəstəxanadan məlumat verilib. 

Bildirilib ki, həmin şəxslər Gürcüstan, Azərbaycan, Çin və İran vətəndaşlarıdır. Məlumata görə onlardan analiz götürülərək, Luqar laboratoriyasına göndərilib və nəticələr günorta saatlarında açıqlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/829032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR