Erməni ailənin qanlı gecəsi

Erməni ailənin qanlı gecəsi
15:06 17 Yanvar 2015
499 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərində bir erməni ailəni qırmış Valeri Permyakov danışıb.

ANS PRESS-in məlumatına görə, Valeri Permyakovun vəkili Tamara Yayloyan bildirib. Vəkil bildirib ki, istintaqda iştirak edib. Valeri Permyakov istintaq zamanı əsasən “bilmirəm” cavabını verib.

Permyakov bildirib ki, evə susuzluğunu yatırmaq üçün girib. Dediyinə görə, evə pəncərədən girib. Birinci otaqda bir nəfər var imiş və o, ermənicə nəsə qışqırıb. Permyakov onu öldürüb. Sonra başqa otağa girib, orada isə iki nəfər yatırmış, onları da öldürüb. Üçüncü otaqda dörd nəfər olub, onlardan üçünü öldürüb, uşağı da vurmaq istəyib. Amma avtomat açılmayıb, ona görə süngüdən istifadə edib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR