12:07 26 Fevral 2020
8 Digər
Ölkə mətbuatı
A- A+

Bolqarıstan Hokkey Federasiyası gənclər arasında dünya çempionatını keçirməkdən imtina edib.
"Report" "Monitor" nəşrinə istinadən xəbər verir ki, səbəb kimi koronavirus epidemiyası göstərilib. Təşkilatçılar, qapalı məkanlarda kütləvi tədbirlərin ləğv edilməsini tələb edən Bolqarıstan hökuməti nəzdində koronavirusun yayılmasına qarşı mübarizə üçün böhran qərargahının tövsiyələrini qəbul ediblər.
Yarışın daha öncə fevral-mart aylarında Çində keçiriləcəyi planlaşdırılıb. Lakin koronavirus səbəbindən Bolqarıstana köçürülüb. 
Paytaxt Sofiyadakı B qrupunun oyunlarında 23 - 29 martda Bolqarıstan, Avstraliya, Xorvatiya Hollandiya və İspaniya komandaları iştirak etməli idi. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/bolqaristan-koronavirusa-gore-dunya-cempionatindan-imtina-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR