Martda İzmir-Bakı aviareysi açılacaq

Bu ilin martın 10-dan etibarən Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmirdən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara başlayacaq.

Metbuat.az bildirir ki, bu barədə məlumat Heydər Əliyev Beynəlxalq Aeroportundan verilib.

Hava limanından verilən məlumata görə, uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək: "İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə – III və V günləri saat 03:55-də yerinə yetiriləcək. Bakıdan İzmirə ilk uçuş martın 11-də həyata keçiriləcək". (apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR