Muarem Muarem "Qarabağ"da qaldı - ÖZƏL

Muarem Muarem "Qarabağ"da qaldı -   ÖZƏL
15:07 17 Yanvar 2015
120 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"la Türkiyənin "Eskişəhərspor" klubu arasında aparılan transfer danışıqları başa çatıb. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı хəbər verir ki, tərəflər Muarem Muaremin transferində analaşa bilməyib.


"Eskişəhərspor" makedoniyalı futbolçu üçün "Qarabağ"a 100-150 min dollarlıq təklif irəli sürüb. Lakin "Qarabağ" bu məbləğlə razı deyil və daha çoх pul istəyir.


Üstəlik "Eskişəhərspor" təklif etdiyi məbləği birbaşa ödəmək niyyətində deyil. Bank təminatı təqdim edən türklər məbləği hissə-hissə ödəmək istəyir. Təbii ki, "Qarabağ" bununla razılaşmayıb və razılaşdırılacaq məbləğin birbaşa bank hesabına ödənilməsini tələb edir.


Tərəflər anlaşa bilmədiyindən Muaremin "Qarabağ"da qalacağı dəqiqləşib. Çoх az bir ehtimal var ki, transfer yenidən gündəmə gəlsin. Belə ki, bu gün klublar arasındakı danışıqlar prosesində son gündü. Ola bilər "Eskişəhərspor" yeni təklif irəli sürsün.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR