Azərbaycanda hakimə görə dayandırılan oyunun vaxtı açıqlandı

Azərbaycanda hakimə görə dayandırılan oyunun vaxtı açıqlandı
13:02 26 Fevral 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Futzal üzrə Yüksək Liqanın XV turunda hakimlərin düzgün olmayan qərarı əsasında başa çatmayan “Marafon” – “Araz” oyununun keçirilmə tarixi açıqlanıb.
"Report" Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma martın 2-də saat 14:00-da başlayacaq. Görüş “Olimpik Star”da keçiriləcək.
Qeyd edək ki, fevralın 20-də keçirilən görüşün 26:09 dəqiqəsində “Marafon” komandası hakimin qərarına etiraz edərək meydanı tərk edib. Bunu əsas gətirən referilər görüşü dayandırıb. Sonrakı dəqiqədə "Marafon" komandası oyunu davam etdirmək istəsə də, bu dəfə "Araz" hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib. Oyunu Hikmət Qafarlı idarə edib. Daha sonra AFFA İntizam Komitəsi görüşün yenidən keçirilməsi ilə bağlı qərar çıxarıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanda-hakime-gore-dayandirilan-oyunun-vaxti-aciqlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR