Bakıda zəncirvari qəzada 3 nəfər öldü

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR