ŞOK: koronavirusdan sağalanlar yenidən xəstəliyə tutulur

ŞOK: koronavirusdan sağalanlar yenidən xəstəliyə tutulur
17:43 26 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Çinin Hubey əyalətində ortaya çıxan yeni tip koronavirus haqqında yeni məlumat yayılıb.

Publika.az xəbər verir ki, Quanqdonq əyalətində xəstəlikdən sağalan şəxslər yenidən virusa yoluxub.

“Caixin” qəzetinin xəbərinə görə, sağalaraq evə buraxılan xəstələrin 14%-də yenidən virus aşkarlanıb.

“Kovid-19”un mərkəzi bazası Hubey əyalətindən sonra ən çox yoluxma faktının qeydə alındığı Quanqdonq əyalətində bu günə qədər 1347 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 844-ü sağalaraq ambulator müalicəyə buraxılıb. 8 nəfər isə dünyasını dəyişib.

Çin-Yapon Xəstəxanası Yolxucu Xəstəliklər Mütəxəssisləri Qrupunun prezidenti Can Çinqyüen 31 yanvarda verdiyi açıqlamada virusdan sağalan insanların yenidən xəstələnə billəcəyini demişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/306174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR