Ərdoğan: “25 ildir ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir”

Ərdoğan: “25 ildir ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir”
18:05 26 Fevral 2020
116 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanındayıq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə Prezidenti bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqları azad edilməli, regionda sülh bərqərar olmalıdır.

Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Rusiya 25 ildir bu münaqişəni həll edə bilməyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/829161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR