x
Loading...

Bakıda AĞIR QƏZA - Üç avtomobil toqquşdu, 3 nəfər öldü

Bakıda AĞIR QƏZA - Üç avtomobil toqquşdu, 3 nəfər öldü
20:32 26 Fevral 2020
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəzası baş verib.

Hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub, avtomobillərdən biri gölə düşüb.

Milli.Az xəbər verir ki, TƏBİB-dən APA-ya bildirilib ki, qəza nəticəsində iki qadın ölüb. Bir kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də onun da  həyatını xilas etmək mümkün olmayıb.

Fövqəlada Hallar Nazirliyindən sözügedən sayta verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub: "Hazırda xilasetmə işləri aparılır".

***

Bakıda baş verən ağır yol qəzasında ölənlərdən ikisinin adı məlum olub.

"BMW-X5", "Daewoo" və "Fiat" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən "Daewoo" və "Fiat" yaxınlıqdakı bataqlığa düşüb. Nəticədə "Daewoo"da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Arif qızı Quliyeva və "Fiat"da olan, 1995-ci il təvəllüdlü Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR