Azərbaycanda poçtdan oğurluq

Azərbaycanda poçtdan oğurluq
15:11 17 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə də poçtdan oğurluğa cəhd olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Gəncə şəhərindəki “Azərpoçt” MMC-dən oğurluğa cəhd göstərmiş şəhər sakini A.Qurbanov saxlanılıb.

Hadisə yanvarın 16-da saat 06 radələrində Gəncə şəhəri Ozan küçəsində yerləşən “Azərpoçt” MMC-də qeydə alınıb. A.Qurbanov qapının kilidini sındırmaq yolu ilə oğurluğa cəhd göstərib.

Lakin o Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nizami (Gəncə) RPİ-yə təhvil verilib.

Qeyd edək ki, bir necə günöncə Bakının Nizami rayonunda da poçt şöbəsinə basqın olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR