Qaxda qəza oldu, xəsarət alan var

Qaxda qəza oldu, xəsarət alan var
21:32 26 Fevral 2020
89 Digər
Ölkə mətbuatı
A- A+

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, rayonun Güllük kənd sakini, 1970-ci il təvəllüdlü Şahin Kamaləddin oğlu Mənəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-qeza-oldu-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR