x
Loading...

Ukrayna azərbaycanlıları Xocalı soyqırımını anıb

Ukrayna azərbaycanlıları Xocalı soyqırımını anıb
21:47 26 Fevral 2020
94 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Kiyev şəhərindəki Milli “Qolodomor” – Soyqırım Muzeyində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım tədbiri təşkil olunub.
“Report” xəbər verir ki, tədbirdə Ukrayna – Azərbaycan parlamentlərarası işçi qrupunun katibi İvan Slobodianik, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, Ukraynanın sabiq yanacaq və energetika naziri Bürzü Əliyev, tarix elmləri doktoru, professor Fərhad Turanlı, UABD sədri Hikmət Cavadov, ölkənin ictimai xadimləri iştirak ediblər.
UABD sədri H.Cavadov bildirib ki, tədbirin belə bir məkanda keçirilməsi təsadüfi deyil: “32 metr hündürlükdəki “Xatirə Şamı” ibadətgahı, balaca qızın bürünc heykəli, girişdəki mələkləri təsvir edən heykəl kompozisiyası, Qara Lövhələr Xiyabanı hər il minlərlə ukraynalının ziyarətgahına çevrilir. Bəli, o vaxtlar “Qolodomor” cinayəti törədərək ukraynalı kimliyini “sovet adamı” kimliyi ilə əvəz etmək qarşıya məqsəd qoyulmuşdu. Ukraynada yaşayan azərbaycanlılar da bu dəhşətli faciənin qurbanlarını ehtiramla yad edirlər.
Bu gün Xocalı soyqırımı şəhidlərinin anım günündə bura gələrək yaxın keçmişdə dəhşətli faciə yaşamış xalqımızın da ukraynalıların dərdini bölüşdüyünü göstəririk. Bu gün Milli “Qolodomor” – Soyqırım Muzeyinə gələnlər, o cümlədən tanınmış siyasətçilər, ictimai xadimləri iki xalqı həm də birgə ağrıların, oxşar tarixi faciələrin də birləşdirdiyini büruzə veriblər. Tarixin bu qara səhifələri bir daha təkrar olmaması naminə unudulmamalı, xalqlarımızın qan yaddaşında daim yaşamalıdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/ukrayna-azerbaycanlilari-xocali-soyqirimini-anib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR