Xərçəngin yeni müalicə üsulu tapıldı

Xərçəngin yeni müalicə üsulu tapıldı
21:57 26 Fevral 2020
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Şimali Kolorado univeristetində alimlər ilan zəhərinin xərçəng hüceyrələrini məhv etməsini araşdırıb.

Milli.Az xəbər verir ki, uzun araşdırmalardan sonra alimlər ilan zəhərinin xərçəngi müalicə etdiyini bildiriblər. Lakin belə bir dərman hazırlamaq üçün zəhərin miqdarını təyin etmək çox çətindir. Şimali Kolorado universitetinin labaratoriyasında müxtəlif ilanların zəhərləri araşdırılır. Araşdırılan ilanların zəhərləri çox güclü olduğundan, sancdıqları insanı bir anda öldürmə gücünə sahibdirlər. Xərçəng dünyadakı ən ölümcül və çarəsi olmayan xəstəlik hesab olunur. İlan zəhərinin tərkibində isə çox sayda kimyəvi birləşmələr və protein var. İlan zəhəri insanların tibbdə yüz illərdir istifadə etdiyi faydalı vasitə olduğu üçün elm adamlarının da diqqətini çəkib. Gürzə ilanının zəhəri isə xüsusi formada araşdırılır. Aşağı dozada olan gürzə ilanının zəhəri sinə xərçəngini müalicə etmək gücünə malikdir. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/828723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR