Rusiyada referendum bu tarixdə keçiriləcək

Rusiyada referendum bu tarixdə keçiriləcək
04:48 27 Fevral 2020
170 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Konstitusiyasına düzəlişlərə dair referendum aprelin 22-də keçiriləcək.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov jurnalistlərə məlumat verib. O bildirib ki, Prezident Vladimir Putin səsvermənin bu tarixdə keçirilməsi ilə razılaşıb.

Qeyd edək ki, bir müddət öncə Rusiya Konstitusiyasına düzəlişlərin müzakirə olunmasına dair işçi qrupun həmsədri Andrey Klişas səsvermə üçün aprelin 22-nin ən əlverişli vaxt olduğunu bildirmişdi. O vurğulamışdı ki, aprelin 19-da pravoslav xristianların Böyük pəhrizi başa çatır, aprelin 24-də isə müsəlmanların Ramazan ayı başlanır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/306196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR