Astarada istirahət mərkəzində yanğın olub

Astara rayonunda yanğın qeydə alınıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, rayonun Şahağac kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 250 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Bitişik anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR