Salyanda yanğın olub

Salyanda yanğın olub
10:32 27 Fevral 2020
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qarabağlı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində döşəmə 3 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin taxtadan ibarət tavanı 15 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR