Pivə zavodunda atışma - İşdən çıxarılan kişi 5 nəfəri öldürdü - FOTO

Pivə zavodunda atışma - İşdən çıxarılan kişi 5 nəfəri öldürdü - FOTO
10:37 27 Fevral 2020
201 Dünya
Ölkə mətbuatı
A- A+

İşçi işdən çıxarıldığı gün qətliam törədib.

Milli.Az The Sun-a istinadla bildirir ki, ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində yerləşən "Molson Coors Brewing Company"də dəhşətli cinayət hadisəsi baş verib.

51 yaşlı kişi 5 iş yoldaşını öldürdükdən sonra silahla özünü vurub. Hadisə axşam saat 7-nin yarsında, pivə zavodunda baş verib.

ABŞ prezidenti Donald Tramp da məsələ ilə bağlı münasibət bildirərkən məyus olduğunu bildirib və ölənlərin ailəsinə başsağlığı verib.

WISN 12 yazır ki, işçi həmin gün işdən qovulduğuna görə bu hadisəni törədib.

Faktla bağlı araşdırmalara davam etdirilir.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR