Gürcüstanda 4 Azərbaycan vətəndaşı karantinə alınıb -

Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib.

Metbuat.az bildirir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.

Nazir bildirib ki, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, digərləri Gürcüstan vətəndaşlarıdır.

Digər beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR