Prezidentdən koronavirusla bağlı tövsiyələr - Vəzifəli şəxslər hərəkətə keçdi

Prezidentdən koronavirusla bağlı tövsiyələr - Vəzifəli şəxslər hərəkətə keçdi
11:03 27 Fevral 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp yeni tip koronavirusla mübarizə məsələsində vitse-prezident Mayk Pensə təlimat verib.

Publika.az-ın məlumatına görə, Tramp Ağ evdə Mayk Pens, Səhiyyə naziri Aleks Azar və Səhiyyə Nazirliyi rəsmilərinin iştirakı ilə mətbuat konfransı təşkil edib.

O bildirib ki, nə qədər pul xərcləmək lazımdırsa, o qədər də sərf ediləcək: “Bir çox karantin mərkəzimiz var. Peyvənd üzərində işlər də sürətlə davam edir. Prioritetimiz Amerika xalqının sağlamlığı və təhlükəsizliyidir. Bu xəstəlik ölkəmizdə yayılarsa, nə lazımdırsa, etməyə hazırıq. Lakin ABŞ xalqına qarşı risk olduqca azdır. Əllərinizi yuyun, gigiyena qaydalarına riayət edin. Məcbur olmadıqca hər kəslə əl sıxmağınız vacib deyil. Ətrafımda soyuqdəymə və ya qrip simptomu daşıyan biri varsa, ondan dərhal uzaqlaşıram. Bu virusa da eynilə qrip kimi davranın”.

Çinin dövlət başçısı Si Cinpin ilə telefonda danışdığını bildirən Tramp onun koronavirusla bağlı çox işlədiyini, ölkəsində yeni tip virusun getdikcə azaldığını söyləyib.

Donald Tramp bildirib ki, mütəxəssislərdən aldığı məlumata görə, qrip virusu səbəbilə ABŞ-da hər il 25-69 min insan dünyasını dəyişir. Bununla müqayisədə “Kovid-19” epidemiyası daha az yayılıb.

Səhiyyə naziri Aleks Azar isə bu günə qədər ABŞ-da 60 nəfərdə koronavirus epidemiyasının aşkarlandığını, bu rəqəmin artma ehtimalının olduğunu qeyd edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/306227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR