İrandan Azərbaycana gətirilən malların qiyməti artacaqmı ? - İqtisadçı AÇIQLADI

Dünya iqtisadiyyatına milyardlarla ziyan vuran koronavirus İran sərhədlərinə çatdıqdan sonra bir neçə ölkə, həmçinin Azərbaycan da İrandan idxal olunan məhsullara müvəqqəti qadağa qoydu. Bunların nəticəsində daxili bazarda sıxıntılar yarana bilərmi?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı saytımıza iqtisadçı ekspert Rövşən Ağayev açıqlama verib.


''Rəsmi rəqəmlərə inansaq, dəyər ifadəsində xarici ticarətimizdə bu ölkənin payı çox yüksək deyil. Məsələn, 2019-cu ildə bütün idxalımızın təxminən 3%-i (452 mln. dollar) İrandan gəlib. Amma fiziki şəxslər vasitəsilə sərhəd ticarətinin hamısının uçota alınıb-alınmadığını dəqiq söyləmək çətindir. Çeşid etibarı ilə həddən artıq, təxminən 1600 addan çox mal alırıq. Bütün idxalın üçdə biri təbii qazın payına düşür. Bu da təxminən 150 milyon dollar deməkdir. Ərzaq idxalı 45 milyon dollara yaxın olub (İrandan cəmi idxalın 10%-i). 15% civarında idxal da kimya sənayesi məhsullarının payına düşüb. Yerdə qalan 40% idxal 100-lərlə çeşiddə məhsul arasında bölünüb''.

Hazırda Azərbaycan RusiyaTürkiyədən 2019 cu ildə 2 milyard dollara yaxın ərzaq idxal edib. Onun 682 mln. dolları Rusiyanın, cəmi 158 mln. dolları Türkiyənin hesabınadır. 2 ölkənin ərzaq idxalımızda payı 50%-dən bir az azdır. Rövşən Ağayev deyir ki, Azərbaycanın ötən il İrana ixracı idxalından 11 dəfə az olub:

''İrana 2 tərəfli xarici ticarət kəsirimiz 410 milyon dollara yaxındır.İxracımız çox kasaddır - onsuz da az olan ixracın 60%-ə yaxını iki məhsulun - təbiiq qaz və pambıq lifinin payına düşür''.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ildə İran Azərbaycanın əsas ticarət tərafdaşlarının ilk 10-luğunda yer almayıb. 2018 ci ildə isə İran Azərbaycana ən çox məhsul ixrac edən ölkələrin sıralamasında 8-ci sırada olub. Bu ilin yanvar ayında isə 9-cu yerdə qərarlaşıb.

2019-cu ildə Azərbaycan İrandan 452,7 min dollarlıq məhsul idxal edib, əvəzində İrana 41,1 milyon dollarlıq məhsul ixrac edib. Yanvar ayında İrandan idxalın dəyəri 24 milyon dollar, ixracın dəyəri isə 1,3 milyon dollar olub. Ümumi idxalda İranın payı 3,3%, ümumi ixracda isə 0,06% (2019-cu ildə 0,2%) təşkil edib.

İrandan Azərbaycana idxal olunan məhsullar arasında kartof ilk sıralarda yer alır. Ötən il İrandan 13 milyon 216,9 min dollar dəyərində 54 min 197,3 ton kartof gətirilib. Qeyd edək ki, İrandan gətirilən kartof Azərbaycandakı yerli istehsalın cəmi 5,4%-nə bərabərdir. Belə ki, 2019-cu il ərzində Azərbaycanda 1 milyon ton kartof istehsal olunub. Azərbaycanın kartofun idxaldan asılılığı cəmi 16%-ə bərabərdir ki, burada da İranın payı 5%-dən də aşağıdır.Ümumiyyətlə İrandan idxalın 1/3-ni və ya 151 milyon dollarını təbii qaz təşkil edir. Bildiyimiz kimi, hazırda Naxçıvanın təbii qaza olan tələbatı İrandan idxal hesabına ödənilir. Təbii qazı nəzərə almasaq, İran Azərbaycanın idxalında heç ilk 10-luğa da daxil ola bilmir. Təbii qaz boru xətti ilə idxal olunduğu üçün gömrük məntəqələrinin bağlanması bu istiqamətdə ticarət əlaqələrinə təsir etməyəcək.

Azərbaycanda istehsal olunmayan, ya da az miqdarda istehsal olunan məhsullar üzrə İrandan idxal əhəmiyyətli paya sahib olub. Lakin, bu məhsullar digər ölkələrdən də asanlıqla idxal oluna bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan il ərzində 3 min ton portağal istehsal edir. İrandan idxal olunan portağal yerli istehhsaldan çoxdur - 3,6 min ton. Ancaq, qeyd etdiyimiz kimi İranla sərhədlər bağlandığı zaman portağal idxalın digər ölkələrin, o cümlədən Türkiyənin hesabına bərpa etmək olar. Üstəlik, İrandan idxal olunan portağalın qiyməti Türkiyədən idxal olunan portağalın qiymətində ucuz deyil. Ötən il Türkiyədən idxal olunan portağalın (7,8 min ton) 1 kiloqramının gömrük dəyəri 1,17 manat olduğu halda, İrandan olunan portağalın (3,6 min ton) 1 kiloqramının gömrük dəyəri 1,19 manat olub.


Azərbaycanın İrandan ən çox ixrac etdiyi məhsullardan biri də ilkin formalı polietilendir ki, bu da daxili bazara təsir edəcək səviyyədə deyil. Ötən il Azərbaycan İrandan 32,7 milyon dollarlıq (ümumilikdə 49 milyon dollar) polietilen idxal edib. Amma eyni zamanda 86,7 milyon dollarlıq polietilen ixrac edib. Rəqəmlərdən də göründüyü kimi Azərbaycanın politelin ixracı idxalından 2 dəfə çoxdur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR