FIFA referilərimiz aşağı liqaya göndərildi

FIFA referilərimiz aşağı liqaya göndərildi
13:07 27 Fevral 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan I Divizionunda XVII turun oyunları üçün hakim təyinatları açıqlanıb. 
"Report"un məlumatına görə, qarşılaşmalardan ikisində FIFA referiləri iş başında olacaq. 
Əliyar Ağayev “Zirə-2” - “Zaqatala”, Rəhim Həsənov isə “Səbail-2 - “Qarabağ-2” matçını idarə edəcək.
Qeyd edək ki, fevralın 28-də keçiriləcək hər iki oyun saat 14:00-da başlayacaq. Son olaraq, Əliyar Ağayev Azərbaycan Premyer Liqasında XVIII turun "Qəbələ" - "Neftçi" (0:2) qarşılaşmasını, Rəhim Həsənov isə XVII turda "Zirə" - "Qarabağ" (0:6) duelini idarə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fifa-referilerimiz-asagi-liqanin-oyunlarina-teyinat-aldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR