“Onların RLS-i” artıq bitdi - FOTO

“Onların RLS-i” artıq bitdi - FOTO
13:42 27 Fevral 2020
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Aran Film Yaradıcılıq Mərkəzi "Onların RLS-i" adlı yeni sənədli filmin çəkilişlərini bitirib.

Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edən "Aranfilm" bu dəfə müraciət etdiyi mövzuda Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası olan Qəbələ rayonu ərazisində yerləşən RLS-in həmin ərazilərə, sakinlərinə olan zərərindən bəhs edir.

Artıq çəkilişləri bitmiş ekran əsəri RLS-in Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində inşası, onun bu ərazilərə və həmin ərazilərə yaxın məsafədə yaşayan sakinlərə dəydiyi xeyiri və ziyanı haqqında danışacaq.

Xatırladaq ki, "Onların RLS-i" filminin son hazırlıq işləri aprel ayında tamamlanacaq.

Filmin rejissoru Yeganə Əbdülməmmədova, operatoru Əminə Həsənli, direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

(adsgarden = window.adsgarden || []).push({});


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/829386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR