Şəmkirdə faciə - 5 yaşlı Rüstəm öldü

Şəmkirdə faciə - 5 yaşlı Rüstəm öldü
13:43 27 Fevral 2020
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, fevralın 26-da saat 16 radələrində Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini 5 yaşlı Rüstəm Paşayevi vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/306247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR