"Qarşıdakı il yarım ərzində dünyada hər kəs koronavirusa yoluxacaq" - ABŞ professorundan ŞOK AÇIQLAMA

"Əgər effektli bir tədbir görülməsə, 2021-ci ilin sonuna qədər yetişkin insanların 40-70 faizi koronavirusa yoluxacaq".

Metbuat.az xəbər verir ki, bunu Harvard Universitetinin professor epidemioloqu Marc Lipsitç verdiyi reportajda koronavirusdan danışarkən deyib. O, hətta bu ehtimalın 80-90 faiz civarında olduğunu qeyd edib.

Dünyada təxminən 5,5 milyard yetişkin insan olduğunu nəzərə alsaq, ən yaxşı halda 2 milyard, ən pis halda 5 milyard insan koronavirusa yoluxacaq. Müqayisə üçün bildirək ki, hər il mövsümi qripə 1 milyard insan yoluxur.

Professor deyib ki, bu bütün insanların öləcəyi anlamına gəlmir:

"Böyük ehtimalla bir çoxu zəif və orta şiddətdə xəstəlik keçirəcək, hətta heç bir simptom görülməyəcək. Eynən adi qripdə olduğu kimi. Sadəcə xroniki xəstəliyi olanlar və yaşlılar üçün ölüm riski olacaq".

SARS, Covid-19 və MERS kimi xəstəliklərə səbəb olan koronavirus ilə qripə səbəb olan "influenza" ayrı virus ailələrinə mənsubdur, dolayısı ilə ayrı-ayrı xəstəliklərdir. Lakin, ümumi simptomlar da, təməl xüsusiyyətlər də bir-biri ilə müqayisə ediləcək dərəcədədir. Lakin günümüzdə "Covid-19"un adi qripdən çox daha ajiotaja səbəb oldu, çünki yeni yaranan xəstəlikdir.

Məsələn, adi qrip 1580-ci ildə Asiyada başlamış və eynən koronavirus kimi bütün dünyaya yayılmışdır. Təkcə Romada qripdən 8 min insan ölmüşdür. Daha sonra 1729-cu ildə qrip Rusiyada başlamış və 6 ay ərzində bütün Avropaya yayılmışdır. Üçüncü dəfə isə 1781-ci ildə Çində başlamış və Rusiyaya yayılmışdır. Günümüzdə isə qrip mövsümi xəstəlik olaraq mövcuddur.

Eynən yeni növ koronavirus olan "Covid-19" da ölümcül və çox da təhlükəli xəstəlik deyil. Müqayisə üçün deyək ki, SARS virusunun ölüm faizi 10, MERS virusunun isə 37 faiz idi. Quş qripinin ölüm faizi isə 60% idi. Bu rəqəm yeni növ koronavirusda isə sadəcə 1 faizdir.

Mənbə: "theatlantic.com"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR