Ucarda ikimərtəbəli ev yandı

Ucarda ikimərtəbəli ev yandı
14:27 27 Fevral 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda fərdi yaşayış evi yanıb.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Alpout kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Xoşqədəm Ziyad qızı Məmmədovaya məxsus ikimərtəbəli, ümumi sahəsi 400 kvadratmetr olan fərdi yaşayış evində güclü yanğın baş verib. Nəticədə ev tamamilə yanıb.
Hadisə yerinə Ucar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqdakı tikililər mühafizə olunub.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-ikimertebeli-ev-kul-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR