Daha iki ölkədə koronavirusa yoluxanların sayı artdı

Daha iki ölkədə koronavirusa yoluxanların sayı artdı
15:27 27 Fevral 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

İsrail və Yunanıstanda koronavirusa yoluxanların sayı artıb.
“Report” "Jerusalim Post"a istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin səhiyyə nazirlikləri məlumatı yayıb.
Bildirilib ki, İsraildə 1, Yunanıstanda isə 2 nəfərdə koronavirus aşkarlanıb.  
Məlumata görə, İsraildə yeni yoluxmuş xəstə daha öncə İtaliyaya səfər edib. Yunanıstanda koronavirusa yeni yoluxmuş şəxslərdən biri daha öncə Salonikidə virusa yoluxmuş şəxsin qohumudur.
Beləliklə, həm İsrail, həm də Yunanıstanda yoluxanların sayı 3-ə çatıb.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 812 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 524-dən çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/daha-iki-olkede-koronavirusa-yoluxanlarin-sayi-artdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR