Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb - YENİLƏNİB

Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb - YENİLƏNİB
16:57 27 Fevral 2020
84 Ölkə
Ölkə mətbuatı
A- A+

16:49

Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.

Hazırda tunellərdə qalan qatar yoxdur.

----------

16:30

Xəbər verdiyimiz kimi Bakının bəzi yerlərində işıqlar sönüb.

Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Bakıda işıqların sönməsi metroya da öz təsirini göstərib. Metropolitenin Əhmədli stansiyasında tablolar, turniketlər fəaliyyətini dayandırıb, qatarlar tuneldə ilişib qalıb.

"Bakı Metroploliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

"Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.

Əlavə məlumat veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR