Gürcüstanda koronavirusa yoluxan şəxs azərbaycanlıdır

Gürcüstanda koronavirusa yoluxan şəxs azərbaycanlıdır
17:23 27 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır.

Bu barədə məlumatı Tiflis Yoluxucu Xəstəliklər Xəstəxanası və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzində təsdiqləyiblər.

Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma halı ötən gün aşkar olunub. Virusun təsdiq olunduğu həmin şəxs İrandan Azərbaycan vasitəsilə Gürcüstana qayıdıb. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/306289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR