Yeddi maşından oğurluq etdi, narkotiklə tutuldu

Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul, video qeydiyyat qurğusu, geyim əşyaları və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR