Tələbə-rektor ilin idmançısı seçildi

Tələbə-rektor ilin idmançısı seçildi
17:37 27 Fevral 2020
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs tələbəsi və tələbə-rektoru Əli Abdullazadə 2019-cu ildə idman sahəsində göstərdiyi nailiyyətlərə görə ilin idmançısı seçilib.

Tələbə Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Kempo Növləri Federasiyası Beynəlxalq Cyuqo Kobute və Kempo-Ryu Federasiyasının fəxri fərmanı ilə təltif edilib.

Milli.Az xəbər verir ki, rektor Vilayət Vəliyev Əli Abdullazadəni ilin idmançısı seçilməsi ilə əlaqədar qəbul edib, onu təbrik edib. Rektor ona dərslərində və idman sahəsində daha yeni uğurlar əldə etməyi arzulayıb.

Qeyd edək ki, Əli Abdullazadə AzTU-nun ilk tələbə-rektorudur. O, 2019-cu ilin mayında karatenin kempo növü üzrə dünya, dekabrında isə Avropa çempionu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR