17:37 27 Fevral 2020
15 Digər
Ölkə mətbuatı
A- A+

Çində yeni doğulmuş körpə koronavirusla 350 saatlıq mübarizədən qalib ayrılıb.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, körpənin anasına hələ hamiləliyin 35-ci həftəsində koronavirus diaqnozu qoyulub.
Nəticədə qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməyə məcbur olub.
Doğuşdan sonra nəzarət altına götürülən körpə 350 saatlıq müalicədən sonra xəstəxanadan evə buraxılıb. Doğuşdan sonra körpə 4 dəfə testdən keçsə də, bütün nəticələr neqativ çıxıb. Beləliklə, körpənin koronavirusa yoluxmasının qarşısı alınıb.
“2 həftə öncə doğulub. Müalicəmizdən sonra vəziyyəti yaxşıdır və nəfəs ala bilir”, - xəstəxananın həkimi bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/korpe-350-saatliq-mubarizeden-sonra-virusa-qalib-geldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR