x
Loading...

17:42 27 Fevral 2020
8 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlər yüksək səviyyədədir və Britaniyanın Avropa İttifaqından çıxmasından sonra möhkəmlənib”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson deyib.
“Bu gün səhər Prezident İlham Əliyevlə müsbət görüş keçirdik. Britaniya səfiri də görüşdə iştirak etdi. Görüş zamanı tərəflər əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər. Şübhəsiz ki, münasibətlərimiz sağlam bazaya malikdir. Əlaqələrimizin möhkəmləndirilməsi üçün səy göstərəcəyik”, - o bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev və baronessa Emma Nikolson arasında keçirilən görüşdə kiçik və orta sahibkarlıq, alternativ enerji, innovasiya, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.





Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/baronessa-azerbaycan-ve-boyuk-britaniya-elaqelerin-mohkemlendirilme

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR