Rusiya Niderlanda tanınmış müğənnini göndərir

Rusiya Niderlanda tanınmış müğənnini göndərir
18:27 27 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Rusiyanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək müğənninin kimliyi açıqlanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Niderland səhnəsində çıxış edəcək sənətçi Aleksandr Panayotovdur.

Əslən Ukraynadan olan 35 yaşlı Panayotovun ifa edəcəyi mahnının müəllifləri Mixail Qutseriyev, Vladimir Matetskiy və Leonid Qutkindir. Rus dilində səsləndiriləcək "Слез моих неудач" adlı bəstə martın 1-də tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, A. Panayatov Bakıda keçirilən "Jara" musiqi festivalında da iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/829509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR