Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına və turoperatorlara müraciət etdi

Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına və turoperatorlara müraciət etdi
19:23 27 Fevral 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına və turoperatorlara müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə deyilir:

"Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik. Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük. Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/306298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR