Emil Balayev Norveç klubunda

Emil Balayev Norveç klubunda
19:32 27 Fevral 2020
160 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Norveçə yola düşüb.

Milli.Az azerisport.com saytına istinadən xəbər verir ki, o, yerli "Bude-Qlimt" klubu ilə aktiv danışıqlara başlayıb. Məlumata görə, son Norveç çempionatının gümüş mükafatçısının əsas qapıçısı Türkiyə klubuna keçdiyindən yeni mövsüm ərəfəsində qolkiper axtarışındadır. Hal-hazırda 25 yaşlı futbolçumuz əsas qapıçı kimi düşünülür.

Dünən Balayev Bude şəhərinə gedib. Bu gün onun məşqçi heyəti ilə görüşü gözlənilir. Belə görüşlər Norveçdə futbolçu ilə danışıqlarda ənənəvi qayda hesab olunur. Danışıqlar müsbət yekunlaşsa, futbolçu ilə ən azı bir mövsümlük müqavilə bağlanacağı və artıq bu həftə Balayevin yeni komandasında məşqlərə başlayacağı gözlənilir.

Xatırladaq ki, Balayevin son klubu Qazaxıstan "Tobol"u olub. Bu qış futbolçumuz qazaxlarla müqaviləni ləğv edib və hazırda azad agent statusu daşıyır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/829518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR