Bitkoinlə hava limanına bilet almaq mümkün olacaq – YENİLİK

Bitkoinlə hava limanına bilet almaq mümkün olacaq – YENİLİK
22:17 27 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Avropanın ən böyük aviaşirkətlərindən biri bitkoinlə bilet satışına başlayacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Norveç Krallığının "Norwegian Block Exchange" şirkətinin rəhbəri Stios Chios-Mathisen məlumat yayıb.

O, bildirib ki, rəhbərlik etdiyi qurumun yaratdığı ödəniş infrastrukturu platforması vasitəsilə "Norwegian Air Shuttle" aviaşirkətinin sərnişinləri rəqəmsal aktivlərlə hava limanına bilet ala bilərlər.

Botkoinlə bilet satışına bu ilin yaz ayında başlanılacaq. Sözügedən platformadan yalnız Norveç vətəndaşları istifadə edə biləcəklər. Hələki biletlərin hansı rəqəmsal aktivlər əsasında satılacağı məlum deyil.

Məlumat üçün bildirək ki, 1993-cü ildə yaradılan "Norwegian Air" aviaşirkəti maliyyə büdcəsinə görə, Skandinaviya ölkələri sırasında birinci, Avropa ölkələri arasında isə üçüncü yerdədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR