“Virusun pandemiya potensialı var” - ÜST narahatdır

“Virusun pandemiya potensialı var” -  ÜST narahatdır
22:52 27 Fevral 2020
234 Dünya
Ölkə mətbuatı
A- A+

"Koronavirusun yayılması vəziyyəti ətrafında elə bir an gəlib çatıb ki, lazımi tədbirlər görülməzsə, epidemiyanın nəzarətdən çıxıb-çıxmayacağı ilə bağlı qərar vermək lazımdır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib. "Biz hazırda həlledici mərhələdəyik", - deyə Qebreyesus Cenevrədəki konfransda bildirib.

Onun sözlərinə görə, koronavirusun təsirinə məruz qalan ölkələr effektiv onun yayılmasının qarşısını almaq üçün tədbirlər görməsə, virus nəzarətdən çıxa bilər:

"Əgər həmin ölkələr Çin kimi tədbirlər görsə, o zaman yoluxma halının azaldığını, nəticədə isə qarşısının alındığını görəcəklər.

Virus hazırda pandemiya potensialı daşıyır. Hərəkətə keçmək lazımdır"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR